Qəbələdə qardaş qardaşı güllələyib


18:30     01 İyul 2020 20_07_01_1593613020.jpg

Qəbələ rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Femida.az -ın xəbərinə görə, hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Rəhimov Ramil Vəli oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı qardaşı, 1959-cu il təvəllüdlü Rəhimov Azər Vəli oğluna ov tüfəngindən atəş açıb. Ağır xəsarətlər alan A. Rəhimov ölüb.

Hadisəni törədən şəxs saxlanılıb.

Açar sözlər:

Oxunub: 993