Baş Nazir COVID-19-la bağlı rayonlarda vəziyyətə dair dəqiq statistika aparılmasını tapşırıb


21:23     01 İyul 2020 20_07_01_1593622779.jpg

Baş Nazir rayonlardakı vəziyyətlə bağlı dəqiq statistikanın aparılması tapşırığını verib.

Femida.az -ın məlumatına görə, Baş Nazir bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın sərtləşdirilmiş karantin tətbiq edilməyən bölgələrdəki vəziyyətin müzakirəsi üçün keçirilən videokonfransında deyib.

Baş nazir yoluxmanın daha çox qeydə alındığı yerlərə nəzarətin, dezinfeksiya və koronavirus xəstələri üçün ayrılmış xəstəxanalarda utilizasiya işlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Əli Əsədov rayon və şəhər rəhbərləri qarşısında tapşırıqların vaxtında və qüsursuz icra olunması tələbini qoyub.

Açar sözlər:

Oxunub: 714