Mehriban Əliyeva polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib


09:20     02 İyul 2020 20_07_02_1593673217.jpg

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva polis əməkdaşlarının peşə bayramı münasibətilə təbrik ünvanlayıb.

Femida.az xəbər verir ki, bu barədə Mehriban Əliyevanın "Instagram" səhifəsində paylaşım edilib.

Təbrikdə deyilir: "Bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu çətin günlərdə biz hamımız sizin vətəndaşlarımızın sağlamlığı naminə atdığınız qətiyyətli addımların, yüksək vətəndaş məsuliyyətinizin və peşəkarlığınızın şahidi olduq! Hər birinizə və doğmalarınıza möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram".




Açar sözlər:

Oxunub: 939