Atəşkəs 53 dəfə pozulub
10:04 02 İyul 2020
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 53 dəfə pozub.
Müdafiə Nazirliyindən Femida.az-a verilən xəbərə görə, Ermənistan Respublikası Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Acarlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Oxunub: 521
Oxşar xəbərlər
- DSX: "Ermənistan hərbçisinin Azərbaycanın atəşkəsi pozması nəticəsində yaralanması yalandır"
- Ukrayna və Rusiya mayın 5-7-də atəşkəsə dair razılığa gəliblər
- Qarabağda qanunsuz erməni silahlı birləşmələri atəşkəs rejimini pozub
- Putinin Ukraynada atəşkəsin əldə edilməsi ilə bağlı 6 tələbi məlum olub
- Nazir: "Türkiyə Ukraynada 24 saatlıq atəşkəs təklif edir"
- Xələf Xələfov Rusiya sülməramlılarının olduqları ərazilərdə atəşkəsin pozulmasından danışıb
- Vladimir Putin Ukrayna ilə atəşkəsin əldə olunması üçün ilkin şərtləri açıqlayıb
- Ermənistan Tovuzu atəşə tutdu
- Avropa Şurası Azərbaycan və Ermənistanı atəşkəsə çağırdı
- Ermənilər Kəlbəcər, Tovuz, Gədəbəy və Ağstafanı atəşə tutub