DYP: Polis postlarının götürülməsindən sui-istifadə edilməməlidir
11:36 02 İyul 2020
“Əhali narahat olmasın, əhaliyə qarşı hər hansı qanunsuz hərəkətə yol verilməyəcək”.
Bunu Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
O bildirib ki, qanunu pozanlarla bağlı tədbirlər qanun çərçivəsində həyata keçiriləcək: “Xahişimiz odur ki, hər kəs sərtləşdirilmiş karantin rejiminə ciddi riayət eləsin. Yəni, “sms icazə” almadan çölə çıxmasın, yaxud kimsə icazə portalında qeydə alınıbsa, ondan təyinatı üzrə istifadə eləsin. Polis postlarının götürülməsindən sui-istifadə hallarına yol verilməməlidir. Bu, hər kəsin ziyanına işləyə bilər. İnsanların təcrid olunması, təmasın azaldılması - bu, yalnız onların sağlamlığı ilə bağlıdır. Düşünürük ki, kimsə sağlamlığını təhlükə altında qoyub, sui-istifadə hallarına yol verməyəcək. Buna yol verən şəxslər aşkarlandıqda isə qanunun tələbinə uyğun olaraq barələrində müvafiq tədbirlər görüləcək”.
Femida.az
Oxunub: 799
Oxşar xəbərlər
- DYP sürücülərə müraciət edib
- DYP: "Bayram günləri polis gücləndirilmiş iş rejimində xidmət aparır"
- DYP yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edib
- DYP şagirdlərin ekskursiyalarını təşkil edən şəxslərə müraciət ünvanlayıb
- DYP valideynlərə "Son zəng"lə bağlı xəbərdarlıq edib
- DYP: “Vətəndaşlarımızdan ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edirik”
- DYP rayonlardan paytaxta ərzaq daşıyan sürücülərə müraciət edib
- DYP Bakı-Quba yolundan istifadə edən sürücülərə müraciət edib
- DYP avtomobillərin jalüzləri ilə bağlı sürücülərə xəbərdarlıq edib
- Özünü DYP rəhbərinin qohumu kimi təqdim edərək dələduzluq edən şəxsə hökm oxunub