Bayram Nurlu cəzalandırıldı - Karantin qaydalarını pozduğu üçün


14:08     02 İyul 2020 20_07_02_1593684623.jpg


Sosial şəbəkələrdə “Bayram Nurlu” kimi tanınan, Qax rayonunun Tasmalı kənd sakini Bayraməli Musayevin Qəbələ rayonundakı istirahət mərkəzlərindən birində tibbi maskadan istifadə etmədən və sosial məsafə saxlamadan xüsusi karantin rejiminin tələblərini pozaraq rəqs etməsini əks etdirən görüntülər yayımlanıb.


Bu barədə Femida.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bununla əlaqədar Bayraməli Musayev Polis Şöbəsinə dəvət edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə edilib. O, törətdiyi inzibati xətanı etiraf etmiş və bu hərəkətindən peşman olduğunu bildirib.



Femida.az

Açar sözlər: #BayramNurlu   #cərimə   #karantin  

Oxunub: 760


Oxşar xəbərlər