Azərbaycanda bələdiyyələrin sayı azaldıla bilər


14:32     02 İyul 2020 belediyye1.jpg

Azərbaycanda bələdiyyələrin sayı çoxdur və onların sayının azaldılması təklifini irəli sürmüşük.


Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, problemlərin bir hissəsi buradan başlayır: "Belə olarsa, iş mexanizmi daha keyfiyyətli olur. Bundan əlavə, bələdiyyə sədrlərinin özünün seçilməsi təklifi var. Hazırkı dövrdə bələdiyyə sədrlərini üzvlər seçir. Rayona başqa icra başçısı gələndə, sədrlə yola getməyəndə deyir ki, o getməlidir və başqası gəlməlidir. Bələdiyyə üzvləri yığışıb birdən başqasını seçir. Əgər bələdiyyə sədri 5 il müddətinə seçilsə və əhalinin etibarını qazansa, o zaman addımları insanların xeyri üçün olar. Bu istiqamətdə iş aparırıq. Gələcəkdə payız sessiyasında qanunvericilikdə Seçki Məcəlləsində bununla bağlı dəyişikliklər edilə bilər".

Femida.az

Açar sözlər: #bələdiyyə  

Oxunub: 721