"Zorakılıqla mübarizədə istədiyimiz nəticəni əldə etməmişik" - Hicran Hüseynova


14:44     02 İyul 2020 hicran8.jpg


Dövlət və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən çox işlərin görülməsinə baxmayaraq, hələ də biz zorakılıqla mübarizədə istədiyimiz nəticəni əldə etməmişik.

Femida.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib. Onun sözlərinə görə, bu, dünyada olan ən vacib problemlərdən biridir.

"Bir çox hallarda yerli səviyyədə nəinki belə xoşagəlməz halların qarşısı alınır, onların baş verməsindən heç kimin xəbəri olmur. Yaxşı olardı ki, bunlara diqqət gətirilsin, belə ailələr daim nəzarətdə saxlanılsın. Qadın və qızlara qarşı zorakılıq hallarının aradan qaldırılmasında bələdiyyələrin fəaliyyəti çox önəmlidir. Bələdiyyələrin erkən yaşda qızların nikaha məcbur edilməsi, zorakılıq halları olan ailələr barədə daha dəqiq məlumatları var".


Femida.az

Açar sözlər: #ailə   #qadın   #HicranHüseynova   #zorakılıq  

Oxunub: 753