SMS icazə sisteminin fəaliyyətində dəyişiklik yoxdur - AÇIQLAMA


15:08     02 İyul 2020 20_07_02_1593688748.jpg


Hazırda 8103 SMS icazə sisteminin fəaliyyəti ilə bağlı dəyişiklik yoxdur.


Femida.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.
Onun sözlərinə görə, sistemlə əlaqəli hər hansı bir yenilik olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.

"Müvafiq indeks üzrə yaşayış yerini avtomobillə tərk etmək üçün şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə yanaşı, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının da 8103-ə göndərilməsinə ehtiyac yoxdur", - deyə E.Niftəliyev vurğulayıb.

Femida.az

Açar sözlər: #sms   #icazə  

Oxunub: 577