Naxçıvanda reaktiv sistemlərdən atəş açıldı - FOTOLAR+VİDEO


16:14     02 İyul 2020 20_07_02_1593692409.jpg


Əlahiddə Ümumqoşun Ordunun reaktiv raket-artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi keçirilib.

Femida.az xəbər verir ki, plana əsasən yaylım atəşli reaktiv sistemlər “Həyəcan” siqnalı ilə daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılıb.

Şərti düşmənin fəaliyyətinin yerüstü kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları ilə izlənildiyi təlimdə yaylım atəşli reaktiv sistemlərdən planlı və plandankənar hədəflərə qurğu, batareya və divizionlar tərkibində atışlar icra edilib.

Təlimin ssenarisinə uyğun olaraq ehtiyat mövqelərə yerdəyişmə edən bölmələr yeni aşkar olunmuş hədəfləri məhv ediblər. Düşmənin qəfil hücumunun dəf edilməsi və müdafiənin əlverişli hədlər üzrə bərpası mövzusunda keçirilən təlimdə tapşırıqlar uğurla yerinə yetirilib.










Femida.az

Açar sözlər: #Naxçıvan   #qoşun   #ordu   #artileriya  

Oxunub: 2711