CBC-nin 8 əməkdaşı koronavirusa yoluxdu
16:49 02 İyul 2020
COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində CBC telekanalının baş direktoru Vüqar Xəlilovun təşəbbüsü ilə TV-nin əməkdaşları koronavirusuna dair test analizi veriblər. Şirkətin 200-dək əməkdaşı arasında yalnız 8 nəfərdə testin cavabı pozitiv olub.
Femida.az xəbər verir ki, bu barədə kanalın yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, həmin əməkdaşların hamısının vəziyyəti qənaətbəxşdir və onlar koronavirusla mübarizə tədbirlərinə dair bütün müvafiq təlimatlara uyğun olaraq evə göndəriliblər. CBC TV rəhbərliyi həmin şəxslərin vəziyyətini daim nəzarətdə saxlayacaq
Şirkətin baş direktoru Vüqar Xəlilovun da analiz nəticəsi neqativdir və o, iş başındadır. CBC TV-nin digər əməkdaşları da fəaliyyətini davam etdirir. Telekanalın yayımında heç bir dəyişiklik yoxdur.
Profilaktik tədbir kimi telekanal əməkdaşlarının gələn həftə yenidən COVID 19-a qarşı test analizi verməsi planlaşdırılıb.
Femida.az
Oxunub: 663