Əli Əhmədov yaralı neftçilərə baş çəkdi


22:09     07 Dekabr 2015 75b802512908ed4aecd970ddf5d66f89.jpg

Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov Mərkəzi Neftçilər Xəstəxanasına gələrək "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanlara baş çəkib.


Femida.az-ın xəstəxanada olan əməkdaşının verdiyi xəbərə görə, Əli Əhmədov xəstələrin səhhəti ilə maraqlanıb, son durumları haqda həkimlərdən məlumat alıb.

Ə,Əhmədov jurnalistlərə bildirib ki, xəstələrin əksəriyyətinin sağlamlıq durumunda hər hansı problem yoxdur.

"Həyatlarına təhlükə ola biləcək hal yoxdur, həkimlər tərəfindən müalicələri aparıılır. Ümumilikdə, burda müalicə olunan 13 nəfərin səhhəti ilə bağlı ciddi problem yoxdur. Çox qısa zamanda onların əksəriyyəti evlərinə buraxılacaqlar. Biz belə bir hadisədən təəssüflənirik, həlak olan və itkin düşən insanlar var. Onların tapılması istiqamətində zəruri addımlar atılır".

Xatırladaq ki, dekabrın 4-də baş vermiş qəzada xəsarət alan 13 nəfər hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicələrini davam etdirir.

Açar sözlər:

Oxunub: 1111