Özündən 10 yaş kiçik sevgilisini bıçaqlayan qadının məhkəməsi başlayır


18:22     02 İyul 2020 mehkeme%20son%20deyyil%20baslangic.jpg

Zaqatalada qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Nadilə Orucovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Femida.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Bilal Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı məlum deyil.

Qeyd edək ki, Göygöl rayon sakini, 1983-cü il təvəllüdlü Əfqan Zahid oğlu Hüseynov fevral ayının 25-də qarın boşluğunun kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya daxil olub.

Aparılan araşdırmalar nəticəsində onun qeyri-rəsmi nikah münasibətində olduğu Zaqatala rayon sakini, 1973-cü il təvəllüdlü Nadilə Maarif qızı Orucova tərəfindən bıçaqlandığı məlum olub.

N.Orucovaya Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 572