İcra Hakimiyyəti anım tədbiri keçirdi


22:26     07 Dekabr 2015 dsc-1714.JPG

Nəsimi rayon rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin, KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə Azərbaycan Dövlət Filarmoniyasında Heydər Əliyevin xatirəsinə hərs olunmuş təntənəli anım mərasimi keçirilib.


Nəsimi İH-dən Femida.az-a daxil olan xəbərdə bildirilir ki, anım mərasimində Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış edib. Natiq qeyd edib ki, H. Əliyevin əbədiyyətə qovuşmasından 12 il ötür. “Tariximizdə öz şərəfli yerini tutmuş, milyonlarla insanın qəlbində öz heykəlini ucaltmış və müstəqillik tariximizin əbədiyyət simvoluna çevrilmiş siması - Heydər Əliyevdir”.

Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri respublikamızın tanınmış mədəniyyət xadimlərinin iştirakı ilə geniş bədii hissə davam edib.

Açar sözlər:

Oxunub: 990