Səbail rayonundakı bir sıra ərzaq mağazalarına baxış keçirilib


19:41     02 İyul 2020 2020/07/1593703374720_WWxvJQUD_1593704604.jpg

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, eyni zamanda Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov RİH yanında yaradılan Operativ Qərargah üzvləri ilə birgə iyulun 2-də Səbail rayonu ərazisində fəaliyyət göstərən bir sıra ərzaq satışı mağazalarına baxış keçirib.

Bu barədə APA-ya Səbail RİH-dən bildirilib.

Məlumata görə, baxış zamanı RİH başçısı tərəfindən sahibkarlıq subyektlərinə xidmət sahələrində vətəndaşlar arasında sıxlıq yaranmaması və ünsiyyət zamanı iki metrlik ara məsafənin saxlanılması ilə bağlı qaydalara mütləq şəkildə riayət olunması tapşırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 432