Bakıda xəstəlik yaymaqda təqsirləndirilənlərin məhkəməsi başlayır
09:36 03 İyul 2020
Epidemiya əleyhinə rejimi pozmaqda təqsirləndirilən Bakı şəhər sakinləri – Samid Qədirov, Əflatun Babalıyev və Tufan Qəmbərovun cinayət işi işi üzrə ibtidai istintaq başa çatıb.
Femida.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.
Hakim Teymur Qurbanovun icraatında olan iş üzrə hazırlıq iclası iyulun 15-də başlayacaq.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə təqsirləndirilirlər.
Cinayət Məcəlləsinə mart ayında əlavə olunmuş bu maddəyə görə, həmin əmələ yol verən şəxslər 2 500 manatdan 5 000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
Femida.az
Oxunub: 703
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb