Karantini pozan 824 nəfər məsuliyyətə cəlb edildi


10:00     03 İyul 2020 2020/07/68907-1593752875_1593756035.jpg

Karantin rejimi qaydalarını pozan 824 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Femida.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 01.07.2020-ci il saat 00:00-dan 02.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 717 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 106 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 1 nəfər olmaqla ümumilikdə 824 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 678