Bakıda maskalı şəxs evə basqın edib


10:32     03 İyul 2020 maskali.PNG

İyulun 1-də Bakının Binəqədi rayonu ərazisində mənzilə basqın olub.

Femida.az-ın məlumatına görə, rayon sakini, 1977-ci il təvəllüdlü V. Kubryanov ərizə ilə polisə müraciət edərək səhər saatlarında naməlum şəxsin maskalı vəziyyətdə onun mənzilinə daxil olaraq, ona bıçaqla hədə-qorxu gəlib televizor və digər məişət əşyalarını quldurluq yolu ilə taladığını bildirib.

Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1977-ci təvəllüdlü Mayis Abbasov saxlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 664