Koronavirus Ermənistanda 10 nəfəri də öldürdü


11:33     03 İyul 2020 2020/07/57d6161b-8ce3-4e8a-9e04-0697c293f664_640_1593761706.jpg

Ermənistanda son sutka ərzində daha 662 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.


Femida.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 27 320 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 10 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 469 nəfər olub.

Xəstəlikdən sağalanların sayı 15 484 nəfərdir.


Femida.az

Açar sözlər:

Oxunub: 681