FHN obyektlərdə xüsus dezinfeksiya işlərinə başladı (FOTO/VİDEO)


11:38     03 İyul 2020 2020/07/fhn_dizenfeksiya_030720_5fdf_3187524318.jpg

Fövqəladə Hallar Nazirliyi koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə aidiyyəti üzrə fəaliyyətini davam etdirir.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, Operativ Qərargahın Bakı şəhəri üzrə müəyyən etdiyi obyektlərdə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən dezinfeksiya tədbirləri davam etdirilir, müxtəlif məkanlar xüsusi məhlulla dezinfeksiya edilir.

Dezinfeksiya işlərinin mütəmadi olaraq aparılması nəzərdə tutulur.











Femida.az

Açar sözlər:

Oxunub: 2035