"Son zəng" keçirənlər cərimələndi - FOTO


12:02     03 İyul 2020 2020/07/1593760586627_dxLMeZX1fdf_3187525000.jpeg

Qubada “Son zəng” şənliyi təşkil edən şəxslər məsuliyyətə cəlb olunublar.


DİN mətbuat xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə karantin qaydalarını pozaraq rayonun Qəçrəş kəndi ərazisində yerləşən istirahət mərkəzlərinin birində “Son zəng” şənliyi təşkil edən şəxslər məsuliyyətə cəlb olunublar.

Rejim qaydalarını kobud şəkildə pozaraq məclis təşkil edən həmin obyektin sahibi və məclisdə iştirak edən müəllim və valideynlər inzibati qaydada məsuliyyətə cəlb olunaraq cərimə ediliblər.






Femida.az

Açar sözlər:

Oxunub: 659