Azərbaycanda nə qədər narkotik istifadəçisi var? - SAY AÇIQLANDl


12:11     03 İyul 2020 narkom.jpg

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2019-cu il 31 dekabr tarixinə olan məlumatına əsasən, Mərkəzdə qeydiyyatda 32 921 nəfər narkotik istifadəçisi var.

Femida.az-ın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanan hesabatda əksini tapıb.

Hesabatda qeyd edilib ki, onlardan 27574 nəfəri dispanser, 5347 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 641 nəfəri qadın, 249 nəfəri toksikoman, 22871 nəfəri (512 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir.

Femida.az

Açar sözlər:

Oxunub: 535