Cəlilabadda narkotik satışı ilə məşğul olan dəstə üzvləri tutulub


12:27     03 İyul 2020 narkotik0.jpg

Cəlilabadda narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında Qarazəncir kəndi ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən “VAZ-21015” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini S.Əliyev və sərnişinləri - Yevlax rayon sakinləri R.Quluoğlu, əvvəllər məhkum olunmuş N.Novruzov və Ağdaş rayon sakini O.Mehdizadə saxlanılıblar.

S.Əliyevə məxsus avtomobilə baxış zamanı oradan 1 kiloqram 935 qram heroin, 462 qrama yaxın tiryək və 985 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 526