Əmək müqavilələrinin sayı 110 min artıb


12:53     03 İyul 2020 Emek_Ehalinin_Mudaf_Nazirliyi_Album_030512.jpg

Pandemiya ilə əlaqədar məşğulluğa və sosial rifaha dəstək tədbirlərinin bir istiqaməti də qeyri-dövlət sektorunda iş yerlərinin qorunmasına yönəlib.

Nazirlikdən Femida.az-a verilən məlumata görə, bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilir, işəgötürənlərlə sosial dialoq müstəvisində müvafiq işlər aparılır.

Görülən işlərin müsbət nəticəsi kimi, özəl sektorda nəinki əmək müqavilələrinin sayında azalma baş verməyib, əksinə, artım dinamikası davam edib.

Qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı bu il aprelin 1-dən 87 200, yanvarın 1-dən 110 min müqavilə artaraq, 2020-ci ilin 1 iyul tarixinə 751 300-ə çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 694