"ARB24"-ün baş redaktor müavini koronavirusa yoluxub


14:11     03 İyul 2020 2020/07/20_07_03_1593771766_1593771943.jpg


Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Aynur Nəsirova koronavirusa yoluxub.


Femida.az xəbər verir ki, bu barədə Aynur Nəsirova "Facebook" səhifəsində paylaşım edib.

O, hazırda xəstəxanada olduğunu bildirib: "Narahat olan dostlarım, tələbələrim, həmkarlarım, hər şey yaxşıdı. Xəstəxanada güvəndəyəm. Özünüzü qoruyun".

Qeyd edək ki, A.Nəsirova həm də "ARB24" televiziyasının baş redaktor müavinidir.

Femida.az

Açar sözlər: #jurnalist   #koronavirus  

Oxunub: 700