Elektrik qatarları həftəsonu işləməyəcək


16:49     03 İyul 2020 20_07_03_1593780667.jpg


Nazirlər Kabinetinin qərarına uyğun olaraq, iyulun 20-na qədər şənbə və bazar günləri Abşeron dairəvi dəmir yolu xətti üzrə elektrik qatarların hərəkəti dayandırılacaq.


Bu barədə Femida.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

O cümlədən 4 və 5, 11 və 12, 18 və 19 iyul tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə işləyən qatarlar hərəkətdə olmayacaq.

Digər günlərdə sərnişindaşıma hazırda qüvvədə olan qrafik üzrə həyata keçiriləcək.

Femida.az

Açar sözlər: #qatar  

Oxunub: 775