İki erməni hərbçisi öldü


21:22     03 İyul 2020 ermeni_herbci.jpg

İşğal edilmiş Əsgəran ərazisində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin 7-ci dağ atıcı alayının bölmələrindən birində xidmət edən iki hərbi qulluqçu minaya düşüb.



Femida.az xəbər verir ki, 2018-ci ilin 2-ci yarısında hərbi xidmətə çağırılan əsgər Xoren Şağqulyan və Levon Hayriyan 136-cı postu tərk edərək, 132-ci postda xidmət edən və tərxis olunmağa hazırlaşan əsgərlərlə sağollaşmağa gedib.

Tez çatmaq üçün qısa yolla getmək qərarına gələn hərbi qulluqçular posta çatmağa 10-15 metr qalmış minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Partlayış nəticəsində sol ayağından yaralanaraq hərbi hospitala göndərilən X. Şağqulyanın ayağı amputasiya olunub. Digər hərbi qulluqçu L. Hayriyan isə üz nahiyəsindən çoxlu qəlpə yarası alıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 850