Xaçmazda avtomobil aşıb, xəsarət alanlar var


21:38     03 İyul 2020 qəza87.jpg

Xaçmaz rayonu ərazisində axşam saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -IN verdiyi məlumata görə, qəza Xaçmaz-Niyazoba yolunda qeydə alınıb.

"VAZ 2106" markalı avtomaşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 687