Karantin qaydalarını pozan 629 nəfər məsuliyyətə cəlb edildi


09:49     04 İyul 2020 ypx.jpg

Karantin rejimi qaydalarını pozan 629 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.

Bu barədə Femida.az -a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 02.07.2020-ci il saat 00:00-dan 03.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 564 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 55 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 3 nəfər olmaqla ümumilikdə 629 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 2400