700-dən çox maşın postlardan geri qaytarıldı


10:04     04 İyul 2020 2020/06/post-1592818552_1592819123.jpg

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) son bir gün ərzində karantin postlarından geri qaytarılan avtomobillərin sayını açıqlayıb.

İdarədən Femida.az -a bildirilib ki, Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 35-i rayon, 65-i paytaxt istiqamətinə olmaqla 100, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 40-ı rayon, 70-i paytaxt istiqamətinə olmaqla 110, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 390-ı rayon, 120-i paytaxt istiqamətinə olmaqla 510 nəqliyyat vasitəsi geri qaytarılıb.

Ümumilikdə 720 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1125