Alxanlı faciəsi: Zəhranın qətlindən 3 il ötür


11:28     04 İyul 2020 20_07_04_1593847798.jpg

Azyaşlı Zəhra Quliyeva və nənəsinin ermənilər tərəfindən qətlə yetirilməsindən 3 il ötür.

Femida.az xəbər verir ki, 2017-ci il iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Düşmən təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və nəvəsi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

Ermənilərin Alxanlıda törətdiyi qanlı cinayət dünya ictimaiyyətinin kəskin qınağına səbəb olub. Məlum hadisə ilə bağlı bir çox ölkələrdə Ermənistan səfirliyi qarşısında etiraz aksiyaları keçirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 3111


Oxşar xəbərlər