Hacıqabulda avtomobil aşıb, ata ölüb, oğul yaralanıb


13:12     04 İyul 2020 20_07_04_1593853081.jpg

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumatına görə, iyulun 3-də saat 17 radələrində Hacıqabul rayonunun Qubalı kəndi ərazisində kənd sakini Əmir Həşimov idarə etdiyi “UAZ-469” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini olan oğlu S.Həşimov xəstəxanaya yerləşdirilib.

Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 688