Məhkəmələrdə kargüzarlığın aparılmasına dair Təlimatda dəyişiklik edilib


14:50     04 İyul 2020 20_07_04_1593859926.jpg

“Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”da dəyişiklik edilib.

Femida.az -ın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin Kollegiyası qərar verib.

Dəyişiklik üç sözünün iki sözü ilə əvəz edilməsi ilə bağlıdır.

Dəyişiklikdən əvvəl, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu üç və daha çox hakim olan məhkəmələrdə hakimlər arasında işlərin bölüşdürülməsi bu sistem vasitəsilə təsadüfi və avtomatik şəkildə elektron qaydada həyata keçirilir. Bu zaman sistemdə icraat növlərinin fərqləndirilməsi və cari ildə hakimlərin icraatına verilən işlərin sayı nəzərə alınmaqla işlərin bərabər bölüşdürülməsi təmin edilir. Hakimin xəstəliyi, ezamiyyətdə və ya məzuniyyətdə olması onun işlərin bölüşdürülməsində iştirakını istisna edirdi.

Dəyişiklikdən sonra isə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu iki və daha çox hakim olan məhkəmələrdə hakimlər arasında işlərin bölüşdürülməsi bu sistem vasitəsilə təsadüfi və avtomatik şəkildə elektron qaydada həyata keçirilir. Bu zaman sistemdə icraat növlərinin fərqləndirilməsi və cari ildə hakimlərin icraatına verilən işlərin sayı nəzərə alınmaqla işlərin bərabər bölüşdürülməsi təmin edilir. Hakimin xəstəliyi, ezamiyyətdə və ya məzuniyyətdə olması onun işlərin bölüşdürülməsində iştirakını istisna edir.

Açar sözlər:

Oxunub: 456