İranda son sutkada koronavirusdan 148 nəfər ölüb


15:54     04 İyul 2020 20_07_04_1593860710.jpg

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 148 nəfər vəfat edib.

Femida.az -ın məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 11408 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2449 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 237878 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 198949 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3136 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Açar sözlər:

Oxunub: 627