Şəmkirçay su anbarında 1 nəfər batıb


17:05     04 İyul 2020 20_07_04_1593865963.jpg

Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi ərazisində Şəmkirçay su anbarında şəxsiyyəti hələlik məlum olmayan 1 nəfər batıb.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə bu barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Açar sözlər:

Oxunub: 731