Bakıda 544 küçə dezinfeksiya edildi


18:14     04 İyul 2020 2019/01/dezinfeksiya_1547123169.jpg

Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə artıq 7-ci dəfə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezindeksiya işləri həyata keçirilib.

BŞİH-dən Femida.az-a verilən xəbərə görə, saat 18-00-a kimi davam edən tədbir zamanı şəhər mərkəzi və paytaxtın kənar rayonlarda ümunilikdə 544 küçə xüsusi kimyəvi maddələrlə dezinfeksiya edilib.

Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq davam etdiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 2085