Karantin rejimini pozan kafe sahibi həbs olundu


19:27     04 İyul 2020 2020/07/1593876130716_w0mvIG2a_1593876625.jpeg

Sumqayıt şəhərində sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarına əməl etməyən, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.


Bu barədə Femida.az-a Sumqayıt şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Nizami Paşayev məlumat verib.

N. Paşayev bildirib ki, bu gün 70 obyektə yoxlamalar həyata keçirilib və ümumilikdə 60 vətəndaş inzibati məsuliyyətə cəlb olunaraq cərimələnib.

Şəhər ərazisində keçirilən tədbirlər zamanı 45-ci məhəllədə yerləşən “Tac” kafesinin müştərilərə yerində xidmət göstərdiyi məlum olub. “Tac” kafesinin icarədarı Elvin Arif oğlu Hüseynov və 11 müştəri inzibati məsuliyyətə cəlb olunub.

Ümumilikdə 12 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kafenin icarədarı 25 sutka həbs edilib, digərləri cərimə olunublar.


Femida.az

Açar sözlər:

Oxunub: 638