Pandemiya ilə mübarizədə biznes ictimaiyyəti fəal olmalıdır
21:08 04 İyul 2020
İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə pandemiya ilə mübarizədə ictimai iştirakçılığın və nəzarətin gücləndirilməsi məqsədilə onlayn görüş keçirilib.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, nazirliyin rəhbər şəxslərinin, millət vəkillərinin, ictimai təşkilatların və biznes assosiasiyalarının iştirakı ilə keçirilən görüşdə pandemiya ilə mübarizənin ümummilli məsələ olduğu və hər bir Azərbaycan vətəndaşının, ictimai təşkilatların və biznes assosiasiyalarının koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirlərində fəal iştirakının, sosial məsuliyyətinin gücləndirilməsinin, vətəndaş təəssübkeşliyinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl etməyən şəxslərə, sahibkarlara qarşı ciddi ictimai qınaq formalaşmalı və bu sahədə ictimaiyyət nümayəndələrini, sahibkarları birləşdirən təşkilatlar və biznes assosiasiyaları daha fəal olmalı, özlərinin, yaxınlarının, təmsil etdikləri biznes sahəsinin müəyyən olunmuş tələblərə riayət olunmasını təmin etməli, maarifləndirmə və məlumatlandırma tədbirlərinə öz töhfələrini verməlidirlər. Diqqətə çatdırılıb ki, yalnız dövlət-biznes-vətəndaş birliyi ilə bu çətin mübarizədən qalib çıxmaq olar.
Onlayn görüşdə iştirak edən ictimai təşkilatlar və biznes assosiasiyalarının rəhbərləri pandemiya ilə mübarizədə həmrəyliklərini vurğulayıblar. Videokonfransda Azərbaycan hökuməti tərəfindən həyata keçirilən sistemli tədbirlərə dəstək məqsədilə dövlət-biznes-vətəndaş cəmiyyəti platforması çərçivəsində birgə layihələrin, maarifləndirmə işlərinin görülməsinə, ictimai aksiyaların təşkilinə dair fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib və konkret layihələrin icrası barədə razılığa gəlinib.
Femida.az
Oxunub: 843
Oxşar xəbərlər
- Pandemiya baxımından ən təhlükəli ölkələr məlum olub
- Pandemiyadan ən çox zərər çəkən ölkələr məlum olub
- Pandemiya ərzaqlıq buğdanın qiymətinin artımına səbəb olub
- Pandemiya nə zaman başa çatacaq? - Həkim
- Pandemiya ilə əlaqədar sabahdan yeni qaydalar qüvvəyə minəcək
- Pandemiya nə vaxt bitəcək? - Hamının gözlədiyi suala cavab gəldi
- Pandemiya 124 milyondan çox insanı yoxsul edib
- Pandemiyadan zərər çəkmiş sahibkarlar 20 milyon manat subsidiya alıb
- Pandemiya dövründə 15 mindən çox şəxsə evində gündəlik sosial xidmətlər göstərilib
- Pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 102 mln. manat ödənilib