Gəncədə 4 otaqlı evdə yanğın olub


09:16     05 İyul 2020 20_07_05_1593925850.jpg

Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 139 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxində tavan 20 m² sahədə, 2 ədəd məişət avadanlığı və mebel 3 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-A verilən məlumata görə, yüksək temperaturdan mətbəxin pəncərə çərçivəsi qarsalanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 582