Atəşkəs rejimi 43 dəfə pozulub
09:46 05 İyul 2020
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 43 dəfə pozub.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, Ermənistan Respublikası Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Oxunub: 712
Oxşar xəbərlər
- Atəşkəs rejimini qəsdən pozan düşmənin artilleriya bölməsi məhv edilib
- Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur - RƏSMİ
- Atəşkəs 61 dəfə pozulub
- Atəşkəs 30 dəfə pozulub
- Atəşkəs pozuldu
- Atəşkəs rejimi 36 dəfə pozulub
- Atəşkəs rejimi 97 dəfə pozulub
- Atəşkəs 26 dəfə pozulub
- Atəşkəs rejimi 23 dəfə pozulub
- Atəşkəs rejimi 22 dəfə pozulub