Bu ilin üçüncü Ay tutulması sona çatıb


10:06     05 İyul 2020 20_07_05_1593929233.jpg

Bu ilin üçüncü yarımkölgəli Ay tutulması hadisəsi saat 05:52-də (Bakı vaxtı ilə saat 09:52) sona çatıb.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Femida.az-a verilən məlumata görə, tutulma maksimumu saat 04:31-də (Bakı vaxtı ilə 08:31) müşahidə olunub.

Bu təbiət hadisəsini Cənub/Qərbi Avropa, Afrikanın çox hissəsi, Şimali Amerikanın çox hissəsi, Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanı, Antarktidada müşahidə etmək mümkün olub. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) Aydan bir az tünd görünüb.

Ay tutulması Azərbaycanda müşahidə olunmayıb.

Açar sözlər:

Oxunub: 583