Bakıda istirahət mərkəzində karantini pozan qadınlar saxlanıldı


11:15     05 İyul 2020 20_07_05_1593933373.jpg

Paytaxtın Xəzər rayonunda istirahət mərkəzlərindən birində xüsusi karantin rejim qaydalarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan ad günü şənliyinin iştirakçıları müəyyən olunaraq saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ad günü şənliyindən yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.

Onların diqqətinə çatdırılıb ki, onların hərəkətləri epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına ziddir.

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunublar.

Açar sözlər:

Oxunub: 655