DİM: Hərbi Liseyə qəbul imtahanları ilə bağlı Apelyasiya komissiyası fəaliyyət göstərəcək


13:35     05 İyul 2020 2019/01/dim_yeni_1548059111.jpg

2 və 3 iyul tarixlərində keçirilən 9-cu sinif buraxılış, 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) və H.Əliyev adına Hərbi Liseyə qəbul imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Apelyasiya komissiyası fəaliyyət göstərəcək.

DİM-dən Femida.az-a verilən məlumata görə, Apelyasiya komissiyası şəhər və rayonlar üzrə bütün imtahanlar başa çatdıqdan sonra onlayn qaydada fəaliyyət göstərəcək.

Apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması DİM-in saytında yerləşdiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 886