Türkiyə koronavirusla mübarizədə Azərbaycana yardım göndərib


14:27     05 İyul 2020 2020/07/3b5c69a4-2dc3-37a6-9172-c565a308b7b9_1593944940.jpg

Türkiyə koronavirus pandemiyasının yayılmasından bu günə qədər yüzə yaxın ölkəyə tibbi ləvazimat köməkliyi göstərib və bu çərçivədə qoruyucu ləvazimat ilə dərman preparatları göndərib.

Femida.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda belə deyilir.

Qeyd olunub ki, bu gün Türkiyədən Azərbaycana 30 ədəd ventilyator, 55.000 ədəd kombinezon, 50.000 ədəd N95 maska, 100.000 ədəd cərrahi maska, 5.000 tibbi eynək, 200.000 əlcək və virusun müalicəsində istifadə olunan 40.000 qutu müxtəlif dərman preparatı göndərib.

“Türkiyə, virusla mübarizədə ancaq bütün ölkələrin əməkdaşlığı və həmrəyliyi ilə uğur qazanacağına inanır və halhazırda yaşadığımız bu fövqəladə dövrdə, pandemiya ilə qlobal mübarizəyə öz töhvəsini vermək üçün maksimum səy göstərir.

Bu gün etdiyimiz bu yardım da qardaş Azərbaycanın mübarizəsinə töhvə xarakterlidir. Aramızdakı yaxın münasibətlərin təbii nəticəsi olan bu yardım, iki ölkənin Prezidentləri Cənab İlham Əliyev və Cənab Rəcəb Tayyib Ərdoğanın hər fürsətdə nümayiş etdirdikləri qardaşlığımızın da güclü təzahürüdür.

Yardımın Azərbaycanın koronavirusla mübarizəsinə töhvə verməsini arzu edir, fürsətdən istifadə edərək virus səbəbi ilə vəfat edən bacı və qardaşlarımıza baş sağlığı, xəstələrə tez bir zamanda şəfa diləyirik”-deyə, məlumatda qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 689