“Dövlət rüsumu haqqında” qanunda dəyişiklik


03:11     08 Dekabr 2015 2EABE21E-66A3-4CC2-B2C4-D2F95E2E8363_mw1024_s_n76.jpg

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.


Femida.az xəbər verir ki, sənədə əsasən, bu qanunla nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun (“Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələrinə aid edilənlərdən başqa) 25 faizi həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya həmin xidmətləri və hüquqi hərəkətləri təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə onların xəzinə hesabına köçürülür, qalan hissəsi isə tam məbləğdə dövlət büdcəsinə ödəniləcək.
Bu qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.

Açar sözlər:

Oxunub: 1103