Qanunsuz işləyən kafe sahibi həbs edilib - 6 müştəri cərimə olunub
16:59 05 İyul 2020
Bərdədə karantin rejiminin tələblərini pozan kafe sahibi həbs edilib, məclis iştirakçılarından 6 nəfəri cərimə edilib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-ın Qarabağ bürosuna verilən məlumata görə, rayon ərazisindəki restoranların birində 15 nəfərə yaxın şəxs toplaşaraq qonaqlıq təşkil edib.
Bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozublar. Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 6 nəfər saxlanılıb. Onlardan 5 nəfərinə protokollar tərtib olunaraq cərimə ediliblər, restoran sahibi olan 1 nəfər isə məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.
Həmçinin Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı şəhər ərazisində fəaliyyət göstərən ticarət və iaşə obyektlərində işləyən 4 nəfər şəxsin tibbi maskadan və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi aşkar edilmiş və onların hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə olunublar.
Bu istiqamətdə tədbirlər elan olunmuş karantin rejimi dövründə mütəmadi olaraq davam etdiriləcək.
Femida.az
Oxunub: 733
Oxşar xəbərlər
- Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar olunub
- Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
- Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun Goranboydakı mövqelərini atəşə tutub
- Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
- Qanunsuz erməni silahlı dəstə üzvlərinin apardığı mühəndis işlərinin qarşısı alınıb
- Qanunsuz miqrasiyaya görə 7 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib
- Qanunsuz ov edən şəxslər cəzalandırılıb
- Qanunsuz silahlı birləşməyə qoşulan Azərbaycan vətəndaşlarının məhkəməsi başlayıb
- Qanunsuz küçə ticarəti ilə bağlı reydlər keçirilir
- Qanunsuz ov edən şəxslər cəzalandırılıb