Karantində əsgərlikdən qayıdan oğluna yığıncaq keçirdi
09:52 06 İyul 2020
Masallıda oğlunun hərbi xidmətdən qayıtması ilə əlaqədar yığıncaq təşkil edən kişi və qonaqları saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, ölkədə elan edilmiş karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Masallı Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Ərkivan qəsəbə sakini Lazım Həsənovun oğlunun hərbi xidmətdən qayıtması münasibəti ilə həyətində məclis təşkil etdiyi müəyyən edilib.
Məclisin təşkilatçısı və həmin vaxt orada iştirak edən şəxslər saxlanılaraq, Masallı Rayon Polis Şöbəsinə gətiriliblər. Karantin qaydalarının pozulmasına görə, 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə olunublar.
Femida.az
Oxunub: 700
Oxşar xəbərlər
- Karantində “xınayaxdı” keçirmək istədilər
- Karantində qanunsuz arayış verən vəzifəli şəxsin məhkəməsi başlayır
- Karantindən sonra şəhid ailələri və müharibə əlillərinə evlər veriləcək
- Karantində olan şəxslərin saxlanıldığı yerlər açıqlandı
- Karantindən çıxan Azərbaycan vətəndaşları yaşayış yerlərinə bu yolla qayıdacaq
- Karantindən qaçan koronavirus xəstəsi öldü