Ağaca çırpılan mopedin sürücüsü öldü


10:04     06 İyul 2020 motosiklet7.jpg

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az-ın məlumatına görə, hadisə Nəsimi rayonu, R. Behbudov küçəsində qeydə alınıb.

Göyçay rayon sakini, 1996-cı il təvəllüdlü İbrahim Cəfərov idarə etdiyi “Moped”i ağaca çırpıb. İ. Cəfərov aldığı xəsarətdən hadisə yerində ölüb. “Mopet” zərbənin nəticəsindən yolun kənarında 1992-ci il təvəllüdlü E. Əsgərova dəyib. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 654