“Gəncə hadisələri”nə görə daha bir məhkəmə başlayır


12:06     06 İyul 2020 1398947325_mehkeme.jpg

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Müşfiq Qurbanov və Yusif Sadıxovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Femida.az xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Məhəmməd Bağırovun icraatına verilən iş üzrə hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Qeyd edək ki, M.Qurbanov axtarışa verilib və Moskvada saxlanılaraq Azərbaycana gətirilib.

Cinayət işi üzrə Elmar Vəliyev və polis əməkdaşı Qasım Aşbazov tanınıb.

Qeyd edək ki, rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılıb.

80 nəfərə qədər şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Bir neçə qrup üzrə məhkəmə hökmləri elan edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 716