İndoneziya səfirliyi başsağlığı verib


03:50     08 Dekabr 2015 siaphoto_482292.jpg


İndoneziyanın Azərbaycandakı səfirliyi “Günəşli” neft yatağında baş verən yanğın nəticəsində neftçilərin vəfatı ilə əlaqədar başsağlığı verib.

İndoneziyanın Azərbaycandakı səfirliyindən bildirilib ki, Azərbaycandakı İndoneziya icması da bu kədərli gündə Azərbaycan xalqına qoşulur.
"Biz həlak olanların ruhunun şad olması üçün dua edirik. Xəsarət alanların tezliklə sağalmasını arzulayırıq. Həlak olanların ailələrinə isə mənəvi dəyanət diləyirik", - səfirlikdən bildirilib.

Açar sözlər:

Oxunub: 1526